Yaponiyada nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb

Yaponiya rəsmilərinin bildirdiyinə görə, zəlzələnin ziyan vurduğu nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb. Yaponiyanın baş naziri Naoto Kan radiasiya səviyyəsi və daha artıq sızma riskinin olduqca yüksək olduğunu bildirib. Fukuşima nüvə reaktorunun 30 km-lik məsafəsində yaşayanlara evlərindən çıxmamağa göstəriş verilib. Yaponiyanın şimalında isə zəlzələ və sunaminin yerlə yeksan etdiyi ərazilərdə cəsədlərin axtarışı davam etdirilir. İndiyədək 2400 insan cəsədi aşkar edilib. Minlərlə insan hələ də itkindir.

Post a comment or leave a trackback: Trackback URL.

Bir şərh yazın