Azərbaycanın dövlət müstəqilliyi xalqımızın qanı bahasına əldə edilib

Yusif Kərimov: Ulu öndər Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq, Azərbaycanın müstəqilliyini dönməz, əbədi etdi
Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçiriləcək. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. Bu istiqamətdə həyata keçirdiyimiz rubrikalarımızdan biri isə “Bu mənim mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai, siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Rubrikamızın növbəti qonağı isə Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Yusif Kərimovdur.
Müstəqilliyin əldə edilməsi ağrılı, itkili oldu Oxumağa davam et

Açlıq

Amnesty International Qəzzafiyə sadiq qüvvələri müharibə cinayətlərində günahlandırır

 Amnesty International Liviya prezidenti Müəmmər Qəzzafiyə sadiq qüvvələrin Misrata şəhərində müharibə cinayətləri işləyə biləcəyini deyib. İnsan hüquqları qrupunun bu gün açıqladığı hesabatında deyilir ki, Qəzzafi qüvvələri mülki əhalini ağır artilleriya silahları, raketlər və sıçrayan bombalardan istifadə etməklə qətlə yetirib. Amnesty International-ın tədqiqatçısı Donatella Roveranın bildirdiyinə görə, Misrata əhalisinə qarşı qəddar hücumlar yüzlərlə insanın ölümünə səbəb olub.

Bu arada, Fransa 14 Liviya diplomatının ölkədən xaric ediləcəyini bəyan edib. Bundan bir gün əvvəl Britaniya Liviya diplomatlarını ölkədən çıxarmışdı.

Suriyada etiraz dalğası yayılır

Suriyada anti-hökumət nümayişlər sahil şəhəri olan Baniasa yetişib. Burada şahidlər prezident Bəşar əl-Əsədin tərəfdarlarının beş adamı yaraladıqlarını xəbər verirlər. Deyilənlərə görə loyalistlər maşınlardan Əbu Bəkr əl-Siddiq məscidində toplaşan adamlara atəş açıblar.

Banias şəhərinin sakinləri artıq iki gündür ki, hökumətə qarşı etiraz aksiyaları keçirirlər.

Şəhərlə telefon əlaqəsi çətinləşdiyinə görə baş verənləri aydınlaşdırmaq mümkün deyil. Sakinlər Fransa Xəbər Agentliyinə bütün quru və mobil telefon rabitəsinin kəsildiyini deyirlər.

Şahidlər həmçinin Latakiya və Dəra şəhərlərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdıqlarını bildirirlər.

Müəmmar Qəddafinin tərəfdarları BMT baş katibi Pan Gi Muna hücum ediblər

Bakı – APA. Liviya lideri Müəmmar Qəddafinin tərəfdarları Misirin paytaxtı Qahirənin Təhrir meydanında BMT baş katibi Pan Gi Muna hücum ediblər. APA-nın məlumatına görə, insidentin təfərrüatları barədə xəbər verilmir.

Qeyd edək ki, martın 17-də BMT Təhlükəsizlik Şurası Liviyada qiyamçıların müdafiəsi üçün Qəddafi qoşunlarına qarşı hərbi əməliyyatlara imkan verən qətnamə qəbul edib.

Artıq martın 19-dan belə əməliyyatlara start verilib. Əməliyyatlarda, əsasən, ABŞ, Fransa, İtaliya, Kanada və Böyük Britaniya qüvvələri iştirak edir.

Yaponiya hökuməti zəlzələ və sunaminin təsirinə məruz qalanları yardımlarla təmin etməyə çalışır

Yaponiya hökuməti zəlzələ və sunaminin təsirinə məruz qalan insanları həkim,ərzaq və təcili yardımlarla təmin etməyə çalışır. BMT-nin Humanitar Əlaqələr üzrə Koordinasiya Təşkilatının sözçüsü Stefani Bunker bildirib ki, belə bir böhranla indiyədək üzləşilməyib. Teleziya ilə insanların su və yemək yardımı üçün uzun növbələrdə gözlədiyi nümayiş etdirilib. 3000 insanın həlak olduğu, 1000-dən artığının isə itkin düşdüyü təsdiq edilib.

Yaponiyada nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb

Yaponiya rəsmilərinin bildirdiyinə görə, zəlzələnin ziyan vurduğu nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb. Yaponiyanın baş naziri Naoto Kan radiasiya səviyyəsi və daha artıq sızma riskinin olduqca yüksək olduğunu bildirib. Fukuşima nüvə reaktorunun 30 km-lik məsafəsində yaşayanlara evlərindən çıxmamağa göstəriş verilib. Yaponiyanın şimalında isə zəlzələ və sunaminin yerlə yeksan etdiyi ərazilərdə cəsədlərin axtarışı davam etdirilir. İndiyədək 2400 insan cəsədi aşkar edilib. Minlərlə insan hələ də itkindir.

Yaponiyada zəlzələ (Foto)

Afrikada açlıq

Azərbaycanda Daxili Qoşunların döyüş hazırlığı yüksək səviyyədədir – general-leytenant Zakir Həsənov (MÜSAHİBƏ)


Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/Daxili Qoşunların yaradılmasının 19-cu ildönümü ərəfəsində qoşunlardakı inkişaf, şəxsi heyətin döyüş hazırlığı və digər məsələlərlə bağlı daxili işlər nazirinin müavini-Daxili Qoşunlar Komandanı general-leytenant Zakir Həsənovun Trend-ə müsahibəsi

– Daxili Qoşunlar Azərbaycanın dövlət quruculuğunda mühüm bir qurumdur. Daxili Qoşunların düzgün istiqamətdə inkişafı, dövlət quruculuğunda fəaliyyəti çox vacibdir. Bu sözləri ümummilli lider Heydər Əliyev dəfələrlə söyləmişdir. Daxili Qoşunlar ulu öndərimizin belə yüksək qiymətindən fəxr edə bilər.

– Əlbəttə, ümummilli liderin Daxili Qoşunların fəaliyyətini belə yüksək qiymətləndirməsi bu gün də şəxsi heyət üçün bir stimuldur.

Daxili Qoşunlar böyük öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı, söz və əməl vəhdəti nəticəsində formalaşmış, inkişaf etmiş, yüksək döyüş hazırlığına malik bir quruma çevrilmişdir.Bu gün Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi – texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son 5-6 il sıçrayış dövrü kimi xarakterizə olunur. Oxumağa davam et